Fitoterapevt Dr.Elnur Rəhimov - Azerbaycanın ilk fitoterapiya saytı

Tərləmə

Baxışlar: 173Şəhrlər: 0
Bitkilər

Tərləmə

Tərləmə, yoxsa hiperhidroz? Planetimizin sakinlərinin 0,05%-ində hədsiz tərləmə müşahidə edilir.

Tərləmə tər vəzilərinin normal funksiyası olduğu  halda, hiperhidroz bu vəzilərin hiperfunksiyası nəticəsində yaranan patoloji vəziyyətdir.

Lakin çox təəssüflər olsun ki, hiperhidrozun səbəbləri indiyədək tam dəqiq müəyyən edilməmişdir.

Vərəm, limfoqranulomatoz, ürək-damar, böyrək, endokrinoloji xəstəliklər, piylənmə, sinir-emosional gərginlik, həmçinin çox kəskin ədviyyatlı, isti qidaların qəbulundan sonra, sintetik materiallardan hazırlanmış geyimlərdən istifadə etdikdə, isti mühitdə qaldıqda güclü tərləmə baş verə bilər.

Qadınlarda xüsusilə pubertat və klimakterik dövrdə tərləmə əhəmiyyətli dərəcədə artır.

Tərləmə əsasən qoltuqaltı, ovuc və ayaqaltı nahiyələrdə, həmçinin qasıq büküşlərində baş verir, nəticədə mikrobların və göbələklərin artması üçün şərait yaranır.

Bu zaman bakteriyalar tər vəzisi hüceyrələrinin protoplazmasını, o cümlədən dərinin buynuz maddəsini parçalayır, nəticədə doymamıış yağ turşuları, müxtəlif ammonyak birləşmələri (butandion) xaric olur və göstərilən nahiyələrdə pis qoxunun yaranmasına şərait yaranır.

Tərləmə orqanizmin istilik tənzimini həyata keçirir.

Ətraflı

Profilaktika

Baxışlar: 170Şəhrlər: 0
Məqalələr

“Fitoterapiya gündəlik həyat tərzi olarsa, bundan uğurlu nəticə almaq olar”

Hələ qədimdən dünyada müalicə üsulu xalq təbabəti olub. Amma təxminən 18 -19-cu əsrlərdən sonra-kimyəvi dərmanlarla müalicə metodu ortaya çıxandan sonra fitomüalicə haradasa arxa plana keçdi. Lakin sonzamanlarda yenidən bitkilərlə müalicəyə böyük maraq yaranıb. Bunun səbəbini fitoterapevt Elnur Rəhimov qəzetimizə müsahibəsində açıqlayıb. Qeyd edək ki, E. Rəhimov Azərbaycan Tibb Universitetini bitirib və Türkiyədə ixtisasartırma kursu keçib. Ukrayna, Polşa, Çin, İran və Almaniyada konfranslara qatılıb. Hazırda fitoterapevt kimi fəaliyyət göstərir.

Elmi Texniki Tərəqqinin bütün sahələrə olduğu kimi, tibb sahəsinə də təsiri olub. Daha çox kimyəvi dərmanlar üzərində tədqiqatlar aparılıb və müalicəyə sistemli şəkildə yerləşdirilib. Fitoterapiya (bitkilər) üzərindədaha az öyrənildiyinə və üzərində elmi işlər aparılmadığına görə müalicə kimi arxa plana keçib. Kimyəvi dərmanların istehsalı və satışı bir sıra yerlərdə özünü məşhurlaşdırıb.

Ətraflı

 

Yuxusuzluq

Baxışlar: 127Şəhrlər: 0
Məqalələr

Yuxusuzluq

Yuxusuzluq – xəstəlik deyil, gecə yuxusunun pozulması ilə xarakterizə olunan vəziyyətdir. Özünü həm yuxuyagetmənin çətinləşməsi, ya da gecə ərzində tez-tez oyanmalarla göstərir. Bəzi hallarda yuxusuzluq təsadüfi xarakter daşıyır, məsələn, yataq yerini dəyişdikdə, bəzi dərman preparatların qəbulundan sonra, sinir oyanıqlığı zamanı və s. Həmçinin yatmazdan qabaq tünd çay, qəhvə və çox acı qidaların qəbulu da yuxuyagetməni poza bilər.

Xroniki yuxusuzluq əsasən stress, sinir-fiziki gərginlik və psixikanı zədələyən situasiyalarla bağlı olur, uzun müddət davam edərək insana hədsiz əzab verir. Bəzən onun səbəbini aşkar etmək olmur. Yuxunun pozulması insanın sağlamlığına da təsir edir, ürəkdöyünmələr, əl və ayaqların əsməsi baş verir. Belə insanlar gündüz vaxtı özlərini yorğun hiss edir, çox həssas və əsəbi olur, diqqəti və yaddaşı pozulur. Yuxusuzluqdan daha çox yaşlı insanlar əziyyət çəkir.

Ətraflı

Vərəm

Baxışlar: 113Şəhrlər: 0
Pəhriz

VƏRƏM

Vərəm (lat.tuberculum-qabarcıq deməkdir) insan və heyvanlarda (əsasən iri buynuzlu öküz, donuz, toyuq) rast gəlinən yoluxucu xəstəlik olub, turşuyadavamlı mikobakteriyaların Mycobacterium tuberculosis (Kox çöpləri) bir neçə növləri   tərəfindən törədilir. Vərəm sosial xəstəlik olub, XX əsrə qədər praktik sağalmayan xəstəliklər sırasına daxil idi.

VƏRƏMİN TÖRƏDİCİSİ

Vərəmin törədiciləri Mycobacterium cinsindən olan turşuyadavamlı bakteriyalardır. Bu mikobakteriyaların cəmi 74 növü məlumdur. Onlar torpaqda, suda, insan və heyvanların arasında geniş yayılmışdır.

VƏRƏMİN KLİNİK FORMA VƏ ƏLAMƏTLƏRİ

Əksər hallarda vərəm tənəffüs sistemini zədələyir (əsasən ağciyər və bronxları). Lakin digər orqanların yoluxması da mümkündür. Məhz buna görə də vərəmin 2 növü ayırd edilir:

  • AĞCİYƏR VƏRƏMİ
  • AĞCİYƏRDƏN KƏNAR VƏRƏM
  • Həzm sisteminin vərəmi (əsasən nazik və kor bağırsaq)
  • Sidik-cinsiyyət sisteminin vərəmi
  • Mərkəzi sinir sisteminin və beyin qişalarının vərəmi (vərəm meningiti)
  • Sümük və oynaqların vərəmi (əsasən fəqərələr)
  • Dərinin vərəmi
  • Gözün vərəmi

Ağciyər vərəmi uzun müddət simptomsuz davam edə və təsadüfən flüoroqrafiya , ya da rentgen zamanı aşkar oluna bilər. Bundan əlavə vərəmi aşkar etmək üçün tuberkulin sınağı da qoyula bilər.

Ətraflı

Xoşbəxtlik hormonu

Baxışlar: 206Şəhrlər: 0
Məqalələr

 

Xoşbəxtlik hormonu

“Xoşbəxtlik hormonu” adlanan serotonin hormonunun az olması sinir, qida pozğunluğu və yuxusuzluğa səbəb ola bilər. Serotonin yüksəldikdə  əhval və enerji yüksəlir, iştaha isə azalır.

Serotonin 1948-ci ildə Page tərəfindən toxuma və digər maddələrdən ayrılıb tapılmışdır. Əksər göyərti və meyvələrdə rast gəlinir. Serotonini əmələ gətirən triptofan qida maddələrindən əmələ gəlir. Triptofan əvəzolunmayan amin turşu olub,  orqanizm tərəfindən sintez olunmadığı üçün qidalardan alınır. Beyin toxumasına keçməsi də müxtəlif təsirlərlə əlaqədar dəyişir. Qidalarla alınan nisbət artdıqca beyinə keçən miqdarı da artır.

Tədqiqatlar göstərir ki, depressiya, miqren, hiperaktivlik, insulinə həssaslıq, hətta kökəlmənin əsasında serotonin, yəni “xoşbəxtlik hormonu” dayanır. Serotonin yüksəldikdə və ya həddən artıq olduqda əhval-ruhiyyə də yüksək olur. Normal və rahat yuxu, iştahanın azalması, ruhi-psixi sağlamlığın yerində olması kimi faktorlara birbaşa təsir göstərir. Serotoninin az olması isə əsəbi, düşkün və depressiv hallarıa səbəb olur, iştah pozulur, kökəlmə və ya anoreksiya, bulimiya kimi qida pozğunluğuna gətirib çıxarır.

Ətraflı

Tənəffüs yolları

Baxışlar: 338Şəhrlər: 0
Məqalələr

Tənəffüs yollarının xəstəliklərindən qorunun!

Bu gün tənəffüs yolları xəstəlikləri olduqca geniş yayılıb.  Bu xəstəliyin yaranma səbəbləri, əlamətləri və müalicəsi ilə bağlı ətraflı məlumat almaq üçün həkim-fitoterapevt Elnur Rəhimovla həmsöhbət olduq. Həkim bildirdi ki,  tənəffüs yollarının xəstəliyi zamanı bronx divarlarının daxili selikli qişası iltihablaşaraq şişkinləşir. Xroniki bronxitin ilkin əlamətləri öskürək, selikli-irinli bəlğəmin xaric olması, təngnəfəslik, tərləmə, temperaturun yüksəlməsidir. Kompleks müalicəyə siqaret, şirniyyat və digər qıcıqlandırıcı qida məhsullarının qəbulunun qadağan olunması ilə başlanır.  

Ətraflı

Şəkərli Diabet

Baxışlar: 90Şəhrlər: 0
Pəhriz
Müxtəlif kontingentlərə daxil olan insanların karbohidratlara olan sutkalıq tələbatının çörək vahidləri ilə ifadəsi

 

Kontingent

Çörək vahidləri (ÇV)

Ağır fiziki işlə məşğul olanlar və ya çəki defisiti olan insanlar

25-30 ÇV

Orta ağırlıqlı işlə məşğul olanlar və ya orta çəkili insanlar

20-22ÇV

Oturaq işlə məşğul olanlar və ya normal çəkili insanlar

15-18 ÇV

50 yaşdan yuxarı, fiziki aktivliyi aşağı olan və şəkərli diabetdən əziyyət çəkənlər

12-14 ÇV

2A dərəcəli piylənməsi olan insanlar

10 ÇV

2B dərəcəli piylənməsi olan insanlar

6-8 ÇV

 

Ətraflı